YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Abbasova: Könüllülük həm də vətənpərvərlik məktəbidir

“Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Bu siyasət nəticəsində Azərbaycan gəncliyi uğurla inkişaf edir”. Bu fikirləri YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin üzvü, partiyanın könüllüsü Pərvin Abbasova deyib.

P.Abbasova bildirib ki, ölkəmizdə gənclər siyasətinin səmərəliliyini təmin edən mühüm amillərdən biri könüllülük fəaliyyətinə xüsusi diqqət göstərilməsidir. Onun fikrincə, könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır.

“Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Mən də iki ildir ki, YAP-ın könüllülərindənəm. Bu çərçivədə bir sıra təlimlərdə, “Yay məktəbləri”ndə və digər tədbirlərdə iştirak etmişəm. Könüllülük bizə yeni dostlar qazandırır, dünyagörüşümüzü artırır və hər bir məsələdə bizə payda gətirir. Mən bütün gənclərimizi bu hərakata qoşulmağa çağırıram. Prezident İlham Əliyevin 2020-ci ili ölkəmizdə “Könüllülər ili” elan etməsi bu baxımdan böyük fürsətdir”-deyə, könüllü qeyd edib.

 

 

DİGƏR Xəbərlər Arxiv