YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Ələkbərov: Azərbaycan dövləti tərəfindən həyata keçirilən sistemli və kompleks xarakterli tədbirlər nəticəsində erməni yalanları ifşa olunur

“Ermənistan dövləti və erməni lobbisi tarixi faktları təhrif edərək dünya ictimaiyyətini aldatmağa, işğalçılıq və etnik təmizləmə siyasətinin nəticələrini ört-basdır etməyə çalışırlar”. Bu fikri yap.org.az saytına müsahibəsində “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov deyib.

C.Ələkbərov bildirib ki, Azərbaycan dövləti tərəfindən həyata keçirilən sistemli və kompleks xarakterli tədbirlər nəticəsində erməni yalanları ifşa olunur, qarayaxma kampaniyası iflasa uğradılır. Bu yaxınlarda 56-cı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmiş panel müzakirələri zamanı Nikol Paşinyana tarix və hüquq dərsi keçən Prezident İlham Əliyev Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini, işğal olunmuş torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmə apardığını, o cümlədən Xocalı soyqırımını törətdiyini, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu, ölkəmizin ərazi bütövlüyünün bütün beynəlxalq ictimaiyyət tərəfindən tanındığını, ermənilərin işğal olunmuş torpaqlarımızda bütün azərbaycanlıları etnik təmizləməyə məruz qoyduqlarını, onların işğal altındakı torpaqlarda mədəni irsimizi məhv etdiklərini, Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsi olmadığını bir daha qətiyyətlə ifadə etdi.

“Dövlətimizin başçısı “Xocalıda soyqırımı törədənlərin adları hamıya məlumdur. Onlar yerli ermənilər idi, Ermənistandan olan ermənilər və diaspordan olan ermənilər idi. Bu şəxslərin adları hamıya məlumdur. Bu barədə çoxlu kitablar və beynəlxalq məqalələr çap olunub”, - deyə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.
Ümumiyyətlə, erməni siyasətçiləri və ideoloqları Xocalı soyqırımı ilə bağlı reallıqları zaman-zaman dilə gətirir, faciənin Ermənistan silahlı qüvvələri tərəfindən törədildiyini etiraf edirlər. Biz bunun işğalçı ölkənin keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarkisyanın müsahibələrində də şahidi olmuşuq”-deyə, C.Ələkbərov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv