YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaponiyada keçirilən parlament seçkiləri hakim partiyanın qələbəsi ilə başa çatdı

Yaponiyada parlamentinin aşağı palatasına dekabrın 14-də keçirilmiş seçkilərdə tərkibinə Baş nazir Şinzo Abenin rəhbərlik etdiyi Liberal Demokratik Partiyanın (LDP) və Komey Partiyasının daxil olduğu hakim blok qalib gəlib.
Səsvermənin nəticələrinə görə, LDP 290 yer, Komey Partiyası isə 35 yer qazanıb. Cəmi 73 deputat mandatı qazanan Demokratik Partiya ciddi məğlubiyyətə uğrayıb. Yaponiya Kommunist Partiyası isə 21 mandat qazanıb. Bülletenlərin sayılması prosesi Yaponiyanın bütün televiziya kanalları və “Seçkilər-2014” xüsusi onlayn-kanalı vasitəsilə canlı yayımlanıb.
KİV nümayəndələri ilə görüşən Baş nazir Şinzo Abe bildirib ki, hakim koalisiya əvvəlki siyasi və iqtisadi xəttə sadiq qalacaq.
Seçkilərdə seçicilərin 52,36 faizinin iştirak etdiyi bildirilir.