YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ Konqresinin üzvü Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanat verib

ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupun üzvü, Şimali Karolina ştatını təmsil edən respublikaçı Virciniya Foks Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı bəyanatla çıxış edib.

Konqres üzvü bəyanatında Xocalı faciəsi qurbanlarının xatirəsini anaraq, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Xocalıda qadınlar və uşaqlar da daxil olmaqla 613 azərbaycanlının qətlə yetirildiyini vurğulayıb.

V.Foks Xocalı faciəsi günü yüzlərlə insanın həyatını itirdiyini, ailələrin məhv edildiyi, şəhərin dağıdıldığını qeyd edərək, 1994-cü ildə atəşkəsin əldə olunmasına baxmayaraq, münaqişənin hələ də həllini tapmadığını bildirib.

Bəyanatda Xocalı faciəsinin baş verdiyi 1992-ci ildə ABŞ ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulduğu, o zamandan etibarən ölkəmizin terrorçuluqla mübarizədə ABŞ-ın əsas tərəfdaşı olduğu, habelə iki ölkə arasındakı Ticarət Əlaqələri Sazişi və İkitərəfli İnvestisiya Müqaviləsinin imzalandığı vurğulanıb.

Konqresin üzvü Azərbaycan ilə dərinləşən əlaqələr fonunda ABŞ-ın Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə dəstəyinin vacibliyini qeyd edib.

Sonda V.Foks münaqişənin tezliklə həlli üçün tərəflərin birgə işləməsinə ehtiyac duyulduğunu bildirərək, Xocalı faciəsində həyatını itirmiş insanların xatirəsini bir daha yad edib.