YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Politoloq: Azərbaycan və Türkiyə arasında bütün sahələr üzrə əməkdaşlıq inkişaf edir

“Azərbaycan və Türkiyə arasında bütün sahələr üzrə əməkdaşlıq gündən–günə inkişaf edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı da bir sıra məsələlər ətrafında məsələlər müzakirə olundu, mühüm sənədlər imzalandı”. Bu fikirləri  politoloq Fikrət Sadıqov deyib.

İki ölkə arasında son 1 ildə ticarət dövriyyəsinin 4.5 milyarddan çox olduğunu deyən politoloq söyləyib ki, qarşıya qoyulan məqsədlərdən biri dövriyyənin 15 milyarda çatdırmaqdır ki, bunun üçün də lazımi resurs, şərait və imkanlar var. Onun sözlərinə görə, Türkiyə Prezidentinin Azərbaycana səfəri zamanı iki ölkə arasında hərbi texniki əməkdaşlıqla bağlı imzalanan sənəd çox mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan-Türkiyə əlaqələrinin strateji müttəfiqlik sahəsində ən güclü nümunə olduğunu deyənF.Sadıqov qeyd edib ki, dövlət başçıları arasında keçirilən görüşlərdən, rəsmi səfərlərdən sonra bu münasibətlər yeni mərhələyə qədəm qoyur: “Bunun özü dövlətlərin daha sıx əməkdaşlıq etmək imkanları yaradır ki, bu da nəticə etibarı ilə həm Azərbaycan, həm də Türkiyənin maraqlarına uyğundur. Düşünürəm ki, son imzalanan sənədlər dövlət arasında münasibətlərin, əlaqələrin daha da dərinləşməsinə şərait yaradacaq” .