YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Azərbaycanla Türkiyəni bir birinə möhkəm dostluq və qardaşlıq ənənələri bağlayır

“Türkiyə-Azərbaycan münasibətləri ən yüksək zirvədədir. İki ölkə arasında çoxşaxəli münasibətlər uğurlu regional və beynəlxalq əməkdaşlıq nümunəsi olmaqla yanaşı, həm də dostluq və qardaşlıq örnəyidir”. Bu fikirləri Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, Türkiyə-Azərbaycan münasibətlərini fərqləndirən səciyyəvi xüsusiyyətlərdən bəhs edərkən qeyd etmək lazımdır ki, iki ölkəni, hər şeydən əvvəl, möhkəm dostluq və qardaşlıq ənənələri bağlayır. Digər tərəfdən, qarşılıqlı səfər və görüşlər iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir.

“Xüsusilə də, dövlət başçılarının görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, prezidentlərin qarşılıqlı səfərləri ənənə halını alıb. Dövlət başçıları həmçinin beynəlxalq səviyyəli tədbirlərdə tez-tez bir araya gəlirlər. Prezidentlərin çoxtərəfli platformalarda da görüşləri baş tutur. Fevralın 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri bu baxımdan xüsusilə qeyd edilməlidir. Səfər çərçivəsində Prezident İlham Əliyevin Prezident Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib, Azərbaycan-Türkiyə sənədləri imzalanıb. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından xüsusi önəm kəsb edir. Eyni zamanda, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası çərçivəsində çox mühüm qərarların qəbul edilməsi hər iki ölkə arasında ikitərəfli və çoxşaxəli münasibətlərin inkişafı ilə yanaşı, regional əməkdaşlıq və təhlükəsizlik kontekstində olduqca önəmlidir. Azərbaycan-Türkiyə əməkdaşlığı regional işbirliyi və beynəlxalq təhlükəsizliyə müstəsna töhfələr verir. Bu, xüsusilə də hər iki dövlətin iştirakı ilə reallaşdırılan strateji xarakterli layihələrin fonunda müşahidə olunur”-deyə, N.Cəfərov vurğulayıb.