YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir: Azərbaycan bazarı Polşa üçün ən vacib bazarlardan biridir

Azərbaycan bazarı Polşa üçün 10 ən vacib bazardan biridir. Bunu Bakıda Azərbaycan və Polşa biznes forumunda Polşanın iqtisadiyyat naziri Yanuş Pexoçinski deyib.

Nazir bildirib: "2013-cü ildə Azərbaycan və Polşa arasında əmtəə dövriyyəsi 150 milyon dollar təşkil edib. Bu göstərici 2012-ci ildəkindən 20,6 faiz çoxdur. 2014-cü ilin yanvar-sentyabr aylarında ölkələr arasında əmtəə dövriyyəsi 26 faiz artıb. Azərbaycan bazarı Polşa üçün on ən vacib bazardan biridir".

Pexoçinski qeyd edib ki, hazırda 550-dən artıq Polşa şirkəti öz məhsullarını Azərbaycana ixrac edir: "Polşa Azərbaycan ilə əməkdaşlıq üçün inşaat, mənzil-kommunal, nəqliyyat, kənd təsərrüfatı, qida sənayesi, energetika, ətraf mühitin mühafizəsi, kimya sənayesi, logistika və nəqliyyat sahələrini perspektivli hesab edir".

Nazir bildirib ki, Polşa şirkətlərinin Sumqayıt Kimya-Sənaye Parkına səfər etmələri əməkdaşlıq üçün böyük imkanlar açır.

Onun sözlərinə görə, eyni zamanda, Azərbaycan şirkətlərinin Polşada nəqliyyat, energetika, kimya sənayesi, yol və körpülərin tikintisi sahəsində əməkdaşlığı artır: "Əgər 2011-2012-ci illərdə Polşa bazarında 4,3 milyon dollarlıq Azərbaycan malı satılırdısa, 2013-cü ildə həcm 19,9 milyon dollara, 2014-cü ilin yanvar-sentyabrında isə 24 milyon dollara çatıb".