YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ARDNŞ bu il Polşanın “Orlen” şirkətini 750 min tondan çox xam neft ilə təchiz edib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “SOCAR Trayding S.A.” şirkəti Polşanın PKN “Orlen” şirkətini bu il 750 min tondan çox xam neft ilə təchiz edib. 2012-ci ildə bu həcm 485 min ton, 2013-cü ildə isə 523,3 min ton olub.
Bu barədə energetika naziri Natiq Əliyev dekabrın 15-də Bakıda keçirilən Azərbaycan-Polşa biznes forumunda məlumat verib.
Nazir bildirib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Polşanın PERN “Psiyazn” şirkəti ilə “Sarmatia” beynəlxalq boru kəməri müəssisəsi çərçivəsində əməkdaşlığı davam edir. Şirkətin “Sarmatia” beynəlxalq boru kəməri müəssisəsində iştirak payı 27,24 faiz təşkil edir. ARDNŞ “Sarmatia”nın fəaliyyətinin 2015-2016-cı illərdə davam etdirilməsi üçün şirkətin nizamnamə kapitalına əlavə vəsaitin ayrılmasına hazır olduğunu təsdiqləyib.