YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çingiz Qənizadə: Avropa Parlamentinin nümayəndələrinin ölkəmizə qarşı hər hansı tələblə çıxış etməsi yolverilməzdir

«Avropa Parlamentinin nümayəndələrinin ölkəmizə qarşı hər hansı  tələblə çıxış etməsi yolverilməzdir». Bu fikri Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.

Ç.Qənizadə bildirib ki, Avropa Parlamentinin bu cür tələbli çıxışı Avropa kriteryalarına uyğun deyil. Onun sözlərinə görə, qanunpozuntusuna yol verdikləri üçün həbs olunmuş şəxslərin işi ilə istintaq məşğul olur.

«Kimsə məhkəmədən narazı qalarlarsa, o zaman Avropa Məhkəməsinə müraciət edə bilərlər. Heç bir halda, Azərbaycanla tələblə danışmaq olmaz”. Vaxtilə hansı beynəlxalq təşkilatlarla əməkdaşlıq ediblərsə, indi də o qurumlar həmin insanları müdafiə etməyə çalışır. Kim onlara daha çox sərf edir, kim onların maraqlarına xidmət edirsə, həmin təşkilatlar da onlara yardım etmək istəyir. Amma beynəlxalq hüquq istənilən dövlətlə bu dildə danışmağı yasaqlayıb»- deyə, Ç.Qənizadə qeyd edib.