YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mikayıl Cabbarov: Dərsliklərin keyfiyyətini təmin etmək üçün hər il monitorinq həyata keçirilir

«Keçən il ilk dəfə yaradılan dərsliklər üzərində müəlliflik hüququ Təhsil Nazirliyinə və yaxud dövlətə məxsus olub. Bu gün müəllif hüququ bizə imkan verir ki, dərslikləri tam açıq şəkildə internetə çxışı olan hər bir şəxsə pulsuz istifadəsi üçün təqdim edə bilək". Bunu təhsil naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov bildirib ki, dərsliklərin keyfiyyətini təmin etmək üçün hər il monitorinq həyata keçirilir. Onun sözlərinə görə, bu il ilk dəfədir yeni hazırlanan dərsliklərin keyfiyyət monitorinqi dərsliklərin çapdan çıxıb məktəbə paylanandan sonra deyil, çapa getmədən öncə həyata keçirilib.

«Bir çox məsələlərin nəzərə alınması, keyfiyyətə müsbət təsir etməsinə nail ola bilmişik. Dərsliklərin hazırlanması ilə bağlı müəyyən tendesiya artıq dəyişilib. Bu da bizə imkan verir ki, bu il ərzində mütəxəssilər tərəfindən sınaqların həyata keçirilməsi, müəyyən eksperimental şəkildə siniflərdə tətbiqini həyata keçirə bilək»- deyə, nazir vurğulayıb.

 

 

DİGƏR Xəbərlər Arxiv