YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşının təltif olunması barədə sərəncamlar imzalayıb

Dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşının ali hərbi rütbə, yüksək fəxri adlar, orden və medallarla təltif olunması barədə sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, bir nəfər general-mayor ali hərbi rütbəsi, iki nəfər “Əməkdar mühəndis” fəxri adları ilə təltif edilib.
Dövlətimizin başçısının digər Sərəncamı ilə dörd nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, iki nəfər “3-cü dərəcəli Vətənə xidmətə görə” ordenləri, altı nəfər “Hərbi xidmətlərə görə”, on nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunub.