YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın Sədr müavini Əli Əhmədov Birləşmiş Krallığın ölkəmizdəki səfiri Ceyms Şarp ilə görüşüb

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın Sədr müavini – İcra katibi Əli Əhmədov martın 5-də Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp  ilə partiyanın İcra Katibliyində görüşüb. 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. YAP-ın Sədr müavini Əli Əhmədov Azərbaycan ilə Britaniya arasındakı əməkdaşlığın mövcud durumundan bəhs edərək münasibətlərin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib.

Qeyd olunub ki, üst-üstə düşən maraqlar ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcəkdir.

YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva görüşdə iştirak edib.