YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hərbiçilərimiz dekabrın 16-dan 18-dək ABŞ-ın Norfolk şəhərində keçiriləcək “Transformasiya komandanlarının konfransı və tərəfdaşların transformasiya komandanlarının “dəyirmi masa”sına qatılacaqlar.
Silahlı Qüvvələrimizin nümayəndələri, həmçinin dekabrın 16-dan 17-dək Ankarada Türkiyə Silahlı Qüvvələri Sülh Naminə Tərəfdaşlıq Təlim Mərkəzi komandanlığının ziyarətində və Bonnda hərbi hüquq üzrə ekspert danışıqlarında iştirak edəcəklər.