YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yanvar-noyabr aylarında ümumi daxili məhsul 2,2 faiz artıb

Bu ilin yanvar-noyabr aylarında ölkədə 53,7 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib. ÜDM-in həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2,2 faiz artıb.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, ÜDM-in əhalinin hər nəfərinə həcmi 5710,7 manat təşkil edib.
Bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 6,5 faiz artıb, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 56,9 faizdən 59,8 faizədək yüksəlib. Eyni zamanda, neft-qaz hasilatı və emalı sahələrində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz az əlavə dəyər istehsal edilib.
Ümumi daxili məhsulun 60,2 faizi istehsal sahələrində, o cümlədən 42,6 faizi sənayedə, 12,5 faizi tikintidə, 5,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunub, 32,5 faizi isə xidmət sahələrinin payına düşür.
Xidmət sahələrində yaradılmış əlavə dəyərin 24,3 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 14,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,5 faizi informasiya və rabitə xidmətləri sahələrində, 48,8 faizi isə sosial və digər sahələrdə xidmətlər göstərən iqtisadi subyektlər tərəfindən təmin olunub.