YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin sədrliyi dövründə Azərbaycan “G-20”də xüsusi dəvətli qonaq statusunda təmsil olunacaq

Türkiyənin sədrliyi ilə “G-20” nəzdində fəaliyyət göstərən “B-20”nin (The Business 20) İstanbulda keçirilən iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
İclasda çıxış edən Mahmud Məmmədquliyev ölkəmizin iclasda xüsusi dəvətli qonaq statusunda təmsil olunmasına görə Türkiyə tərəfinə səmimi təşəkkürünü bildirib.
Xatırladaq ki, Azərbaycanın xüsusi qonaq statusu ilə “G-20”də təmsilçiliyi Türkiyənin bu mötəbər beynəlxalq təşkilata sədrlik etdiyi bir il ərzində davam edəcək.
İclasın açılış mərasimində çıxış edən Türkiyə Baş nazirinin müavini Əli Babacan, Türkiyə Palatalar və Birjalar Birliyinin prezidenti Rifat Hicarcıklıoğlu və başqaları təşkilatın qarşısında duran vəzifələr, dünya iqtisadiyyatındakı mövcud vəziyyət, Türkiyənin “G-20”yə sədrliyi dövründəki fəaliyyət proqramı və digər məsələlər barədə fikir və mülahizələrini bölüşüblər.
İclas işini dekabrın 16-da sessiyalarda davam etdirəcək.