YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyafət Əsgərov: Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq prinsipləri çərçivəsində Azərbaycanın güclü iqtisadiyyatı və güclü Ordusu həll edəcək

"Biz o fikirdəyik ki, Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq prinsipləri çərçivəsində Azərbaycanın güclü iqtisadiyyatı və güclü Ordusu həll edəcək". Bu sözləri Milli Məclisin birinci vitse-spikeri Ziyafət Әsgərov deyib.

Z.Əsgərov təəssüflə bildirib ki, münaqişənin həlli ilə əlaqədar yaradılan Minsk qrupunun fəaliyyəti keçən illər ərzində heç bir nəticə verməyib: "Minsk qrupuna daxil olan ölkələrin səfirləri Azərbaycana gəldilər, bəyanat verdilər, hətta dedilər indi vaxtdır, bu münaqişəni həll etmək lazımdır. Amma çox təəssüf edirəm ki, Minsk qrupu üzvlərinin hər iki ölkəyə səfəri heç nəyi həll etmədi".