YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycan və NATO: sadiq tərəfdaşlığın 20 ili” mövzusunda seminar və fotosərgi keçirilmişdir

NATO beynəlxalq qərargahında Azərbaycanın NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulmasının 20 illiyinə həsr olunmuş “Azərbaycan və NATO: sadiq tərəfdaşlığın 20 ili” mövzusunda seminar və fotosərgi keçirilmişdir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, tədbirdə Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyi tərəfindən hazırlanmış, Azərbaycanın NATO ilə əməkdaşlığının 20 illiyinə həsr olunmuş jurnalın təqdimatı keçirilmişdir.

Seminarda Avropa Siyasi Mərkəzinin proqram icraçısı və siyasi təhlilçisi xanım Amanda Paul və Bakı Dövlət Universitetinin diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müəllimi Bəxtiyar Aslanbəyli məruzəçi qismində iştirak etmişlər.

Çıxış edən Azərbaycanın NATO yanında nümayəndəliyinin əməkdaşları və ekspertlər rəsmi Bakının Alyans ilə münasibətlərdə sadiq tərəfdaş olduğunu, əməkdaşlığın strateji və praktiki səviyyədə inkişaf etdiyini bildirmişlər.

Seminarda NATO Beynəlxalq Katibliyinin, Hərbi Katibliyin, Alyansa üzv və tərəfdaş ölkələrin nümayəndələri iştirak etmişlər. Aparılan müzakirələr və şərhlər zamanı Azərbaycanın NATO ilə bir sıra sahələrdə fəal və strateji tərəfdaş olduğu bildirilmişdir.