YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamaləddin Qafarov: Sosial rifah davamlı şəkildə yüksələcək

Sosial yönümlü islahatların reallaşdırılması   ölkəmizin daxili siyasətinin prioritet istiqamətlərindən biridir və bu sahədə dövlət tərəfindən aparılan genişmiqyaslı tədbirlər 2020-ci ildə də gündən –günə genişlənməkdədir.

Bu fikri Milli Məclisinin deputatı Kamaləddin QafarovAzərbaycan Respublikasının Prezidenti İlham ƏliyevinƏmək və Əhalinin Sosial Müdafiəsi naziri S. Babayevi qəbul edərkən səsləndirdiyi fikirlərə münasibət bildirərkən söyləyib.

K. Qafarov bildirib ki,ötən il həyata keçirilən sosial islahatlar Azərbaycanda 4,2 milyon nəfərin güzaranının yaxşılaşmasına əhəmiyyətli dərəcədə kömək etdi. Bu islahatlar paketininən önəmli istiqamətlərindən biri pensiyaların miqdarının artması idi. Azərbaycan üzrə minimum pensiyanın birdən-birə 72 faiz artımı təmin olundu və bu artım 660 min pensiyaçını əhatə etdi. Ümumilikdə digər kateqoriyalar üzrə pensiyaçıları da burayaəlavə etdikdə, 750 min pensiyaçının sosial şəraitinin yaxşılaşdığınınşahidi olduq. Sırf yaşa görə ortaaylıq pensiyanın 350 manata çatdırılması isə bu sahədə cari səylərin əsas hədəfidir.

Millət vəkili qeyd edib ki, memarı və əsas istiqamətvericisi Azərbaycan RespublikasınınPrezidenti möhtərəmİlham Əliyev olan dinamik və davamlı islahatların əsas məramı ölkədə işsizliyin səviyyəsinin azaldılaraq minimuma çatdırılması, əhalinin istehsal və xidmət sahələrinə cəlb olunması və özünüməşğulluq proqramlarının tətbiqi yolu ilərifahının yüksəldilməsinənail olmaq, əhalinin sosial qayğıya ehtiyacı olan təbəqələrinin həyat şəraitini yaxşılaşdırmaqdır. Bu stratejihədəflərinin reallaşdırılması üçün bu il ölkədə daha 8 DOCT Agentliyinin yaradılması, özünüməşğulluq proqramlarına 11minailənin cəlb edilməsi, 85-90 min ailənin ünvanlı sosial yardım proqramı ilə əhatə olunması, şəhid ailələri və müharibə veteranları üçün 1500 evin tikilib istifadəyə verilməsi nəzərdə tutulur.

Millət vəkili Kamaləddin Qafarovunfikrincə, dünyanın əksər ölkələrini bürümüş koronavirus təhlükəsi səbəblineft gəlirlərinin azaldığı bir dönəmdə Azərbaycan RespublikasınınPrezidenti möhtərəm İlham Əliyevin islahatların daha da şaxələndirilməsi və inkişaf etdirilməsi mesajini verməsi çox ibrətamizdir. Prezidentimizin bəzi məmurlara sərt xəbərdarlığı, neqativ hallara qarşı amansız mübarizanonsunu verməsi həm cəmiyyətiümumi bəlaya qarşı səfərbər edir, həm dəhər bir vətəndaşın konkret şəraitdə vəzifələrini bir daha aydınşəkildə müəyyənləşdirir.

 

DİGƏR Xəbərlər Arxiv