YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Hökumətin hazırki vəziyyətlə bağlı fəaliyyəti hadisəyə adekvat yanaşmadır

“Hökumətin hazırki vəziyyətlə bağlı fəaliyyəti hadisəyə adekvat yanaşmadır. Koronavirus yayılan ölkələrdən vətəndaşlarımızın gətirilməsi, karantinə alınması, izolyasiya olunması üçün bütün tədbirlər görülür”. Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, operativ qərargahın verdiyi təlimatlara hər bir vətəndaş qeyri-şərtsiz əməl etməlidir. Tibbi profilaktika sahəsində hər cür vəsaitin olduğunu deyən komitə sədri Operativ qərargahdan və KİV-dən gün ərzində bir neçə dəfə cəmiyyətə informasiya verməyi xahiş edib. Çünki belə olan zaman saxta  informasiyalara yer qalmayacaq”.

M. Quliyev qeyd edib ki, bu gün ölkəmizdə koronavirusla bağlı maarifləndirmə işləri də yüksək səviyyədədir: “Lakin ictimaiyyətin davranışında ikiqütblülük var. Bir qütbdə panika, ajiotaj, digər qütbdə isə laqeydlik. İnsanlarımız sadəcə operativ qərargahın tövsiyələrinə əməl etməlidir. Qorxulu hal isə həkim olmayan şəxslərin virusla bağlı məsləhətlər verməsidir. Buna görə də bütün sosial şəbəkə istifadəçilərinə müraciət edirəm ki, qeyri-peşəkar adamlar öz fikirlərini yazmasınlar”.