YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində koronavirusla bağlı profilaktik tədbirlər görülür

Hazırda dünya gündəliyini zəbt edən akiual məsələ koronavirusla mübarizədir. Azərbaycanda bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir. Dövlətimizin başçısı İlham Əliyevin göstərişi ilə   Nazirlər Kabinetinin yanında  yaradılan xüsusi Operativ Qərargah  virusa  qarşı aparılan  mübarizə tədbirləri haqqında  ictimaiyyəti məlumatlandırır. Ali və orta təhsil müəssisələrinin,  uşaq bağçalarının müvəqqəti olaraq bağlanması haqqında müvafiq göstərişlərin verilməsi, həmçinin Operativ Qərargahın  14 mart  saat 00:00-dan etibarən ölkə ərazisində  koronavirusla əlaqədar tətbiq olunan bəzi sosial izolyasiya tədbirlər də bu silsilədəndir. Ölkəmizdə  bu xəstəliyin  yayılması ehtimalı o qədər  yüksək olmasa da, tədbirlərin  davamlılığı  zərurətdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı”nın icrası ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində də tibbi-profilaktik, dezinfeksiyaedici işlər və digər qabaqlayıcı tədbirlər görülür, əməkdaşlara koronavirusun yaratdığı fəsadlar və onunla mübarizə üsulları barədə məlumatlar verilir, lazımi  tədbirlər həyata keçirilir.  Belə ki, Baş Nazir Əli Əsədov tərəfindən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət qurumlarının rəhbərlərinə ünvanlanan  məktubda əksini tapan  tapşırıqlara uyğun olaraq Komitənin 60 yaşdan yuxarı olan işçiləri, azyaşlı övladı olan əməkdaşlarının fasiləli iş rejimində fəaliyyəti təmin edilib. Bundan əlavə vətəndaş müraciətlərinin yalnız elektron və telefon vasitəsilə qəbulu, Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində əməkdaşların hazırlanmış siyahı üzrə növbəli iş rejimində çalışması üçün lazımi tədbirlər görülüb.

 

DİGƏR Xəbərlər Arxiv