YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın strukturları Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargahın tapşırıqlarına uyğun olaraq koronavirusa qarşı mübarizə səfərbər edilib

Yeni Azərbaycan Partiyasının strukturlarının koronavirusa qarşı mübarizədə Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargahın tapşırıqlarına uyğun olaraq virusa yoluxma hallarının qarşısının alınması məqsədilə səfərbər edildiyi xəbər verilmişdir. Buna uyğun olaraq partiyanın bütün strukturlarına müvafiq tövsiyyələr verilib. Bu sıraya ilk növbədə Operativ Qərargahın bütün qərar və tapşırıqlarının hər bir partiya üzvünün diqqətinə çatdırılması və onların icrasında şəxsi intizam göstərilməsi daxildir. Hər bir şəxs özünü virusa yoluxmadan qorumaqla koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına çox vacib fərdi töhvə verə bilər. Eyni zamanda partiya üzvlərinə Operativ Qərargahın qərarlarının əhali arasında təbliğ edilməsi, tanışlarını, yaxınlarını və digər insanları virusa yoluxma hallarının qarşısının alınması məqsədilə mütəxəssis tövsiyyələrinə əməl olunmasında şəxsi intizama və məsulliyətə dəvət etmələri tövsiyyə olunub. Habelə, yerli partiya təşkilatlarının virusa yoluxma hallarının qarşısının alınması məqsədilə ehtiyacı olan insanlara imkanları daxilində zəruri kömək və yardımın göstərilməsi tapşırığı verilib.

DİGƏR Xəbərlər Arxiv