YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nizami rayon təşkilatının könüllüləri ƏƏSMN-nin sosial işçiləri ilə birlikdə ahıl və tənha insanlara yardım paylayıblar

YAP Nizami rayon təşkilatının könüllüləri ƏƏSMN-nin sosial işçiləri ilə birlikdə ahıl və tənha insanlara yardım paylayıblar

 

Karantin rejimi ilə əlaqədar olaraq Prezident İlham Əliyevin çağırışına əsasən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının könüllüləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçiləri ilə birlikdə ahıl və tənha yaşayan insanlara yardım paylayıblar.

Bir neçə gündür ki davam edən aksiya çərçivəsində Nizami rayonunda 180 tənha və ahıla yardım edilib. Ümumilikdə rayon ərazisində 320-dək tənha və ahıla yardım verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan Yeni Azərbaycan Partiyasının fəalları və könüllüləri bu qəbildən olan tənha yaşayan sakinlərə yardımlar edir.