YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Dağlıq Qarabağ separatçılarının növbəti “seçkiləri” böyük rüsvayçılıqla başa çatdı

“Dünya koronavirus pandemiyası ilə mübarizə apardığı bir zamanda Dağlıq Qarabağ separatçı rejimi “parlament” və “prezident” “seçkiləri” keçirdi. Və növbəti dəfə siyasi iflasa uğradılar. Tanınmayan separatçı rejimin keçirdiyi qondarma “seçkilərin” ən uğursuzu, el arasında deyildiyi kimi, urvatsızı məhz son seçkilər oldu. Səbəblərdən biri ondan ibarətdir ki, heç bir dövlətin tanımadığı sepatatçı rejim tərəfindən təşkil edilən istənilən qondarma “seçki” tanınmır və tanına bilməz. Artıq neçə illərdir biz bunun şahidiyik”. Bu sətirlər Baş Nazirin müavini, Yeni Axərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədovun rəsmi facebook səhifəsində yayımladığı “Dağlıq Qarabağ separatçılarının növbəti iflası” sərlövhəli məqaləsində yer almışdır.

Əli Əhmədov daha sonra qeyd etmişdir: “Separatçı rejimin mart ayının sonunda keçirdiyi qondarma “seçkilərin” urvatsızlığının digər səbəbi isə dünyanın başının koronavirus pandemiyasına qarşı mübarizəyə qarışması ilə əlaqədardır. Əvvəllər bəzi dövlətlər Dağlıq Qarabağda keçirilən qondarma “seçkiləri” tanımadığını mütləq bəyan edər, neqativ formada olsa da, ona münasibət bildirərdi. İndi isə həmin dövlətlər Dağlıq Qarabağ separatçılarının növbəti “seçkilərinə” belə bir “diqqəti” də ayırmağı özlərinə rəva bilmədilər. Bir sözlə bu “seçkilər” separatçıların əvvəllər keçirdiyi seçkilərin hamısından daha böyük rüsvayçılıqla başa çatdı”.

Baş nazirin müavini Əli Əhmədov fikirlərini belə yekunlaşdırmışdır: “Heç kimin tanımadığı rejimin, heç kimin görmədiyi, görmək istəmədiyi, duymadığı və duymaq istəmədiyi növbəti “seçkilər” keçirildi. Çətin ki, belə bir urvatsızlıq sepatarçıların “qüruruna” toxunsun. Çünki erməni millətçiləri və separatçıları öz çirkin əməllərini həyata keçirməyə həmişə fürsət axtarıblar. Bu işdə onlara tay tapmaq mümkün deyil. Ona görə də dünyanı bürümüş koronavirus pandemiyası kimi fürsəti onlar əldən buraxa bilməzdilər və buraxmadılar. Lakin həmişə olduğu kimi, onların ənənvi xain fürsətçiliyi yenə də özlərinə bumeranqa çevrildi”.

DİGƏR Xəbərlər Arxiv