YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni TV-nin “Sağlam ol” verilişinin növbəti qonağı infeksionist Namiq Nəbiyevdir

Yeni TV-nin “Sağlam ol” verilişinin növbəti qonağı infeksionist Namiq Nəbiyev olub. Koronavirusa yoluxmuş xəstələrin müalicəsində iştirak edən həkim bu gözlənilməz bəlandan qorunmaq üçün bir-birindən lazımlı tövsiyələr verib. N.Nəbiyev bildirib ki, insanların virusun olmasına şübhə ilə yanaşması doğru hal deyil: “Bu virus var və çox təəssüf ki, biz onu necə müalicə edəcəyimizi bilmirik. Çünki hələlik mutasiya olunmuş koronavirusa qarşı vaksin tapılmayıb. COVİD-19 infenfeksiyasının əlamətlərindən danışan N.Nəbiyevin sözlərinə görə xəstəlik yüngül baş ağrıları ilə başlayır: “Xəstələr udqunanda çətinlik çəkirlər. 37-37.2 tempratur olur. Arabir asqırır və öskürürlər. Bir müddət sonra əzələlərdə bel, omba, çanaq nahiyəsində ağrılar olur. Ardınca səs tonunda xırıltılar müşahidə olunur. Ağırlaşma mərhələsində xəstə dad və qoxu bilmir”. Onun sözlərinə görə, sırf gigiyenik qaydalara əməl etməklə bu virusun qarşısını almaq olar: “Bədənin immuniteti yoxdursa, həmin insanların koronavirusa yoluxma ehtimalı çox yüksəkdir. Yəni burada yaş faktoru aradan qalxır”. N.Nəbiyev vurğulayıb ki, aprelin 5-dən 20-ə qədər olan dövrdə Azərbaycanda koronavirusa yoluxma və ölüm hallarında yüksəlmə dinamikası olacaq: “Bu zaman kəsiyində virusun fəsadları pik nöqtəyə çıxacaq. Aprelin 20-dən yoluxma və ölüm hallarında azalma olacaq. Düşünürəm ayından hər şey normala doğru gedəcək. Ola bilsin bu virus qalsın. Ancaq bizim genetikamız artıq onu tanıyacaq və getdikcə immmunitet yaranacaq. Bir müddət sonra COVİD-19 bizim üçün adi bir xəstəliyə çevriləcək. Bir qdər səbr etməliyik”.

DİGƏR Xəbərlər Arxiv