YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və bütün cəmiyyətimizin Prezidentin  təşəbbüsünə dəstək verməsi xalqın həmrəyliyinin və dövlətinə inamının ifadəsidir.

Prezident İlham Əliyevin çağırışına əsasən, karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş insanlara Yeni Azərbaycan Partiyasının könüllüləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçiləri ilə birlikdə martın 27-dən tənhalara, ahıl vətəndaşlara yardım paylayır, onlara sosial xidmətlər göstərirlər.

Aksiya çərçivəsində YAP-ın könüllüləri və ƏƏSMN-nin sosial işçiləri ahılların mənzillərində olur, gündəlik lazım olan ərzaq və tibbi vasitələrini onlara təqdim edirlər.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan YAP-ın fəalları və könüllüləri bu qəbildən olan tənha yaşayan sakinlərə yardımlar edir, sosial xidmət göstərirlər.

DİGƏR Xəbərlər Arxiv