YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Müşfiq Məmmədli: Həmrəylik çağırışlarının səsləndirildiyi bir zamanda beşinci kalon nümayəndələrinin yalan və böhtanlarla “silahlanaraq” sosial şəbəkələrdə iftiralar səsləndirmələri onların bir daha hansi simaya malik olduqlarını üzə çıxardı

“Koronavirus pandemiyası qlobal bir bəlaya çevrilməkdədir və bu fəlakətə qarşı mübarizəyə dövlətini, xalqını, Vətənini sevən hər kəs töhfəsini verməlidir. Dövlətimizin bu bəlanın aradan qaldırılması istiqamətində gördüyü tədbirlər göz önündədir. Istər inzibati tədbirlər, istərsə də insanların sağlamlığının qorunması yönündə atılan digər addımlar öz effektini verir. Bununla yanaşı, iqtisadi sabitliyin qorunması üçün də bütün səylər səfərbər olunub. Ölkə Prezidentinin aprelin 4-də “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Sərəncamı vətəndaşların sosial problemlərinin həllində əsaslı rol oyanayacaq”. Bunu açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. Onun sözlərinə görə, ölkədə həyata keçirilən tədbirlər, o cümlədən vətəndaşların dövlətə olan inamı pandemiya ilə mübarizədə qələbə qazanılmasında mühüm rol oynayacaq: “Bu gün hər kəs bir amal, bir məqsəd ətrafında birləşməlidir. Təəsüfləndirici haldir ki, ümummilli məsələlərdə hər zaman antidövlət, antimillət mövqeyi nümayiş etdirən beşinci kalon nümayəndələri yenə də öz amplualarındadırlar. Insanlar arasında çaşqınlıq yaratmağa, dövlətin təhlükəsizliyin, iqtisadi dayanıqlılığın təmini yönündə apardığı siyasətə qara yaxmağa çalışan bu şəxslər hətta pandemiyadan belə öz çirkin siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar. Hər yerdə həmrəylik çağırışlarının səsləndirildiyi, insanların bu problemə qarşı mübarizəyə qoşulduğu bir zamanda beşinci kalon nümayəndələrinin yalan və böhtanlarla “silahlanaraq” sosial şəbəkələrdə iftiralar səsləndirmələri onların bir daha hansi simaya malik olduqlarını üzə çıxardı”.

Milli Məclisin deputatı onu da bildirib ki, ölkə Prezidentinin çağırışı ilə koronavirusla mübarizədə həmrəylik nümayiş etdirən vətəndaşlarımız radikal müxalifətin, beşinci kalonun yalanlarına inanmır, onların çirkin iftiralarına qarşı iradə nümayiş etdirilər: “Bu gün Azərbaycan dövləti hər bir kateqoriyadan olan vətəndaşının iqtisadi problemlərinin həlli uğrunda var gücü ilə səy göstərir. Iqtisadi fəallığın artırılması, sosial rifahın yüksəldilməsi yönündə görülən tədbirlər ölkəmizdəki vətəndaş-dövlət tandeminin gücünü bir daha nümayiş etdirdi. Vətəndaşlarımızın hər biri atılan addımların, təhlükəsizlik tədbirlərinin onların sağlamlığının qorunmasına yönəldiyini anlayır. Bu mənada koronavirusdan siyasi məqsəd üçün istifadə etməyə çalışan “fürsətcil” beşinci kalon nümayəndələrinin oxu bir daha daşa dəydi”.

DİGƏR Xəbərlər Arxiv