YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda törədilmiş terror aktını pisləyən bəyanat yayıb

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Pakistanda törədilmiş terror aktını pisləyən bəyanat yayıb.
Məlumatı Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Bəyanatda deyilir: “Azərbaycan Respublikası dekabrın 16-da Pakistanın Peşavar vilayətində məktəbdə törədilmiş və əsasən uşaqlar olmaqla çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan terror hücumlarını qəti şəkildə pisləyir.
Azərbaycan Respublikası həlak olanların ailələrinə və qardaş Pakistan xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edir.
Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir və bir daha vurğulayır ki, heç bir terror əməlinə bəraət qazandırıla bilinməz.
Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətlə əməkdaşlıq əsnasında terrorizmə qarşı mübarizədə Pakistan hökumətinin səylərini dəstəkləməkdə əzmlidir”.