YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda tənhalara, ahıllara və aztəminatlı ailələrə ərzaq yardımı paylanıb

Tənhaların, ahlların, aztəminatlı ailələrin, əlillərin, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş və ya şəhid olmuş vətəndaşların ailələrinin sosial və məişət problemlərinin həlli, sosial müdafiələrinin gücləndirilməsi və həyat səviyyələrinin yaxşılaşdırılması dövlətin daim diqqət mərkəzindədir.

Ölkədə koronavirus infeksiyasının yayılması ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi, 65 yaşdan yuxarı insanlara evdən çıxmağın qadağan edildiyi bir dövrdə həmin kateqoriyadan olan insanların diqqətə daha çox ehtiyacı vardır. Onların ehtiyaclarının qismən ödənilməsi məqsədilə Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları və YAP Nizami rayon təşkilatının fəalları, könüllüləri 150 ailənin evində olub və onların problemlərini dinlənilib, ərzaq yardımı göstəriblər.

Aztəminatlı ailələr göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.