YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda dekabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb

Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2014-cü ilin dekabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb.
DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, Fondun mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi dekabr ayının 17-si tarixinə tam yekunlaşıb. Ümumilikdə bu ilin 11 ayı ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib.
Bu ilin 11 ayı ərzində Fondun gəlirləri 2646,5 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,3 faiz və ya 202,5 milyon manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,9 faiz artaraq 1537,0 milyon manata çatıb. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 999,5 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,4 faiz və ya 118,1 milyon manat çoxdur.
Cari ilin ötən dövründə Fondun xərcləri 2619,4 milyon manat olub və bunun 2568,3 milyon manatı pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib.
Hazırda Azərbaycanda əmək pensiyası alanların sayı 1 29 0092 nəfərdir. Onların 60,8 faizi yaşa görə, 28,3 faizi əlilliyə görə, 10,9 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alır.