YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan alimlərinin I Qurultayı keçiriləcək

Dekabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) azərbaycanlı alimlərin I Qurultayı keçiriləcək.
Qurultay Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşacaq.
AMEA-dan bildirilib ki, tədbirdə respublika üzrə dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarında elmi fəaliyyətlə məşğul olan müəssisələrin səlahiyyətli nümayəndələri, həmçinin xarici ölkələrdə yaşayan nüfuzlu azərbaycanlı alimlər iştirak edəcəklər.