YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Heydər Əliyev siyasəti nəticəsində ölkəmiz daim inkişaf edəcək və bu inkişaf Azərbaycan xalqına xidmət etmiş olacaq

«Ümummilli lider  Heydər Əliyevin məzarını ziyarət etmək, Onun xatirəsini anmaq Azərbaycanda ənənəyə çevrilib. Bu, Ümummilli liderimizə  xalqın hörmət və ehtiramının ifadəsi olmaqla yanaşı, eyni zamanda, Azərbaycanda  formalaşmış çox dəyərli dövlətçilik ənənəsidir. Müstəqil dövlətin qurucusuna, Onun müəyyənləşdirdiyi siyasətə, əməyinə, zəhmətinə hər bir vətəndaşın hörmət və ehtiram bəsləməsi dövlətçiliyin dayaqlarının möhkəmləndirilməsinə birbaşa dəlalət edir. Azərbaycan xalqı Heydər Əliyevin müstəqil dövlətimizin yaranması istiqamətində göstərdiyi fədakar əməyinə, Onun şəxsiyyətinə daim böyük ehtiram bəsləyir». Bu fikiriləri Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə «Heydər Əliyev və yeni cəmiyyət modeli» mövzusunda keçirilən konfransda  Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov  deyib.

Əli Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyası Heydər Əliyevin yaratdığı siyasi təşkilat olaraq xalqın bu  hisslərini ifadə  edərək Ümummilli lider Heydər Əliyevin  xatirəsini həmişə uca tutur. Onun fikrincə, bu, 600 mindən çox üzvü olan YAP-ın hər bir üzvünün müqqədəs borcudur: «Bu gün də, Heydər Əliyevin doğum günü ərəfəsində də, YAP üzvləri Heydər Əliyevin şəxsiyyətinə, Onun müəyyənləşdirdiyi siyasətə özünün dərin hörmət  və ehtiramını ifadə edir. Hesab edirəm ki, bu amil Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin uğurlar qazanmasına töhfə verən amillərdən biridir. Heydər Əliyev siyasəti nəticəsində ölkəmiz daim inkişaf edəcək və bu inkişaf Azərbaycan xalqına xidmət etmiş olacaq». 

YAP-ın  artıq 12-ci ildir ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümləri ərəfəsində böyük konfranslar keçirdiyini xatırladan Əli Əhmədov bugünkü konfransın «Heydər Əliyev və yeni cəmiyyət modeli» adlandığını diqqətə çatdırıb. «Bu mövzunun müəyyənləşməsinin səbəbi Heydər Əliyev siyasətinin bütün sferalarda fundamental dəyişikliklərə əsas yaratdığı kimi, eyni zamanda, cəmiyyətin yeni modelinin formalaşması üçün də etibarlı  mənbə olduğunu dərk etməyimizlə əlaqədardır. Heydər Əliyev respublikamız müstəqillik əldə etdikdən sonra yeni Azərbaycan modelini yaratmaq uğrunda mübarizə aparırdı və təbii ki, yeni Azərbaycanın yaradılmasının cəmiyyətin yeni  modelinin formalaşmasından ayrıca təsəvvür etmək mümkün deyil. Bütövlükdə, yeni Azərbaycan bütün sferalarda, istər siyasətdə, istər iqtisadiyyatda, istər mənəvi münasibətlərdə, beynəlxalq münasibətlər sahəsində fundamental dəyişiklikləri özündə ehtiva etdiyi kimi, cəmiyyətin yeni modelinin yaradılmasını da şərtləndirir. Bu vacib amilləri nəzərə alaraq növbəti konfransımızı bu mövzuya həsr etdik. Güman edirəm ki, tədbir iştirakçılarının hər biri üçün yeni cəmiyyət modeli, onun strukturunu müəyyənləşdirən parametlər çox aydındır. Heydər Əliyevin baxışlarında yeni cəmiyyət modelininin əsas parametləri, prinsipləri özünün əksini tapır. Təbii ki, yeni cəmiyyət modeli dedikdə hər şeydən əvvəl demokratik dəyərlər və prinsiplər nəzərdə tutulur. Eyni zamanda, buraya azad cəmiyyət, vətəndaş cəmiyyəti prinsipləri də aiddir. Bu mühüm dəyərlərdir ki, Ulu öndər Heydər Əliyev tərəfindən yeni Azərbaycan cəmiyyəti modelinin formalaşmasının fundamental əsaslarını təşkil edir»- deyə, YAP Sədrinin müavini vurğulayıb.

Əli Əhmədov qeyd edib ki, Ulu öndər Heydər Əliyev yeni cəmiyyət modelini formalaşdırarkən, həm çinin, xüsusilə  sosial ədalət prinsipinə istinad edib. Onun sözlərinə görə, Ümummilli liderimiz üçün sosial ədalət təkcə insanların təminat sistemi ilə bağlı olmayıb: «Onun dünyagörüşündə sosial ədalət prinsipi bir az da geniş çevrə əhatə edibdir. Bu da ondan ibarətdir ki, vətəndlaşların  qanun qarşısında bərabərliyi təmin edilməlidir. Heydər Əliyev üçün cəmiyyətdə hər bir vətəndaşın bərabərliyi həmişə mühüm əhəmiyyət kəsb edib. Bir insan üçün məqbul olmayan bir məsələnin digər insana məqbul sayılması Heydər Əliyevin dünyagörüşünə sığmırdı. Yaxud, birinə qadağan olunan bir şeyin digərinə icazə verilməsi Heydər Əliyev dünyagörüşünə və ya sosial ədalət prinsipinə uyğun gəlmirdi. Qanunun  aliliyi, hər bir vətəndaşın qanun qarşısında bərabər olmasının təmin edilməsi Heydər Əliyev üçün daim önəm kəsb etmişdir». 

Baş nazirin müavini qeyd edib ki, yeni cəmiyyətin formalaşmasında fuundamental bəşəri dəyərlərlə yanaşı milli-mənəvi dəyərlərin də nəzərə alınması mühüm məqamdır. Müasir Azərbaycan cəmiyyətinin ümumbəşəri dəyərlərə söykəndiyini deyən Əli Əhmədov cəmiyyət olaraq ölkəmizin dünya birliyinin layiqli üzvü olduğunu diqqətə çatdırıb. «Eyni zamanda, Azərbaycanın tarixinin, mədəniyyətinin, mentalitetinin nəzərə alınması, yeni cəmiyyət modelinin formalaşmasında çox mühüm məqamdır. Beləliklə, Heydər Əliyev siyasəti nəticəsində Azərbaycan yeni cəmiyyət modelinə sahib oldu. Bu elə bir cəmiyyətdir ki, insanlar rahat yaşaya bilirlər, təminat sistemi dövlət rəhbərliyinin daim diqqət mərkəzindədir. Vətəndaş üçün bərabər şəraitin yaradılması ən ümdə vəzifələrdən biridir. Bu amillər Prezident  İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərini təşkil edir. Bütün bunlar isə uğurlarımız üçün ciddi əsaslara çevrilib»- deyə, YAP Sədrinin müavini vurğulayıb.