YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın Ailə, qadın məsələləri komissiyası «İnformasiya cəmiyyəti: sosial şəbəkələr və milli mənəvi dəyərlərimiz» mövzusunda tədbir keçirib

Bu gün Yeni Azərbaycan Partiyasının Ailə, qadın məsələləri komissiyası 132-134 №-li Təhsil Kompleksində «İnformasiya cəmiyyəti: sosial şəbəkələr və milli mənəvi dəyərlərimiz» mövzusunda tədbir keçirib.

Tədbirdə çıxış edən komissiyanın sədri, YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva mövzunun aktual olduğunu bildirib. Hazırda bütün dünyada informasiya texnologiyalarının cəmiyyət həyatında mühüm rol oynadığını deyən N.Əliyeva Azərbaycanda da informasiya-kommunikasiya texonlogiyalarının sürətlə inkişaf etdiyini diqqətə çatdıırb. Onun sözlərinə görə, hər hansı dövlətin, cəmiyyətin inkişafı İKT-siz mümkün deyil.

«Bu gün xüsusilə gənc nəsil internetdən, sosial şəbəkələrdən istifadə verirlər. Amma yaxşı olar ki, gənclər internetin faydalı tərəflərindən istifadə etsinlər. Bununla da, onlar biliklərini, dünyagörüşlərini, dünyada baş verən dəyişikliklərlə bağlı məlumatlarını artıra bilirlər. Amma təəssüf ki, internetin, sosial şəbəkələrin zərərli tərəfləri var. Ona görə də, təhsil müəssislələri, ailələr bu məsələyə xüsusi diqqət yetirməlidirlər»- deyə, komissiya sədri vurğulayıb. N.Əliyeva Azərbaycan xalqının zəngin milli mənəvi dəyərlərə sahib olduğunu xatırladaq bu dəyərlərimizin qorunaraq gələcəyə ötürülməsinin vacibliyini qeyd edib. Onun fikrincə, bu prosesdə gənclər fəal rol oynamalıdır.

Daha sonra internet üzrə ekspert Osman Gündüz müasir dövrdə informasiya cəmiyyətinin üstünlükləri, eləcə də zərərli tərəfləri barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Tədbirdə digər çıxış edənlər də mövzu haqqında fikirlərini bildiriblər.