YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Energetika naziri Natiq Əliyev albaniyalı həmkarı ilə TAP layihəsini müzakirə edəcək

Azərbaycanın energetika naziri Natiq Əliyev dekabrın 18-20-də Albaniyada rəsmi səfərdə olacaq.
Energetika Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Natiq Əliyev Albaniyanın energetika və sənaye naziri Damian Qjiknuri ilə görüşəcək. Görüşdə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti, həyata keçirilməsi planlaşdırılan Trans-Adriatik qaz kəməri layihəsi (TAP), eləcə də Albaniya daxilində mövcud qaz bazarının inkişaf potensialı barədə fikir mübadiləsinin aparılması planlaşdırılır. Hər iki ölkə nazirinin mətbuat üçün birgə brifinqi də nəzərdə tutulub.
 

DİGƏR Xəbərlər Arxiv