YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabirabad regional “ASAN xidmət” mərkəzi beynəlxalq dərəcəli sertifikata layiq görülüb

Xəbər verildiyi kimi, bu il fevralın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət” mərkəzlərinə müraciət edən vətəndaşların hüquq və maraqlarını nəzərə almaqla səmərəliliyə və vətəndaş məmnunluğuna daim nail olunması və bu sahədə fəaliyyətin mütəmadi olaraq yüksəldilməsi istiqamətində İSO 9001:2008 standartı üzrə beynəlxalq dərəcəli sertifikata layiq görülmüşdü.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AzərTAc-a bildiriblər ki, bu il dekabrın 15-də isə Dövlət Agentliyi və Sabirabad regional “ASAN xidmət” mərkəzi OHSAS 18001:2007 standartı üzrə beynəlxalq dərəcəli sertifikata layiq görülüblər.
Standartın əsas tələbi xidmət mərkəzlərinin fəaliyyət göstərdiyi inzibati binalarda təhlükəsiz və sağlam iş mühitinin yaradılması, əməkdaşların səmərəli, şəffaf və operativ xidmət göstərməsi, eyni zamanda, vətəndaşların tam təhlükəsiz, keyfiyyətli xidmətlə əhatə olunmasının təmin edilməsi üçün zəruri tədbirlərin nəzərə alınmasıdır. Zəruri tələblər beynəlxalq ekspertlər tərəfindən qiymətləndirilərək Dövlət Agentliyinin və Sabirabad regional “ASAN xidmət” mərkəzinin fəaliyyət göstərdikləri inzibati binaların beynəlxalq standartlara uyğun tikildiyinə dair qərar verilib.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və mövcud “ASAN xidmət” mərkəzləri öz fəaliyyətlərini davamlı olaraq təkmilləşdirərək onu OHSAS 18001:2007 standartına uyğunlaşdırmaq yolunda mühüm addımlar atıblar. Bu qurumlarda beynəlxalq standartlara uyğun yaradılan İdarəetmə Sisteminin hüquqi və praktiki əsasları Azərbaycan Respublikası Prezidentinin fərmanlarında təsbit olunmuş öhdəliklərin yüksək səviyyədə həyata keçirilməsinə və nəticədə vətəndaş məmnunluğuna nail olunmasına yönəlib. Standart, həmçinin10 dövlət orqanı tərəfindən “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərin yüksək səviyyədə təşkil olunması və daim təkmilləşdirilməsini rəhbər tutur.