YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası pandemiya şəraitində beynəlxalq əməkdaşlığı davam etdirir

Hazırda bütün dünyada insanların sağlamlığına və sosial-iqtisadi inkişafa başlıca təhdid mənbəyinə çevrilən yeni növ koronavirus infesksiyasına qarşı Azərbaycanda çevik və səmərəli mübarizə aparılır. Yeni Azərbaycan Partiyası da əhali arasında müxtəlif maarifləndirmə tədbirləri və humanitar aksiyalar həyata keçirməklə COVİD-19 infeksiyası ilə mübarizədə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu dövlət siyasətinə yaxından dəstək nümayiş etdirir.

Eyni zamanda, Yeni Azərbaycan Partiyası yeni növ virusun yaratdığı qlobal böhrana qarşı bəşəriyyətin birgə mübarizəsi prinsipindən çıxış edərək bu sahədə beynəlxalq əməkdaşlığa da töhfə verməkdədir. Belə ki, YAP sıx əlaqələrə malik olduğu siyasi partiyalar və üzv olduğu təşkilatlarla əməkdaşlığı davam etdirərək beynəlxalq səviyyədə fəal təcrübə mübadiləsi aparmaqdadır.

Son həftələrdə YAP “Vahid Rusiya” partiyası, Çin Kommunist Partiyası, Vyetnam Kommunist Partiyası və Mərkəzçi Demokrat İnternasionalı təşkilatı ilə təmaslar quraraq, eləcə də Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) təşkil etdiyi onlayn konfransda iştirak edərək, Azərbaycanda COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması, pandemiyanın yaratdığı sosial-iqtisadi çətinliklərin aradan qaldırılması tədbirləri və partiya olaraq bu sahədə gördüyü işlər barədə ətraflı məlumat verib, ölkələrin bu istiqamətdə öz müsbət təcrübələrini bölüşməsi təşəbbüsünü dəstəkləyib.