YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Zeyni: Bəzi qüvvələr Azərbaycanda gedən müsbət prosesləri qəbul etmək və görmək istəmirlər

«Azərbaycanda qanunların aliliyi tam təmin olunub. Amma müəyyən xarici qüvvələr müvafiq qanuni addımları siyasiləşdirməyə cəhd göstərirlər». Bu fikirləri Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.

R. Zeyni bildirib ki, Azərbaycanın inkişafına, ölkəmizdə demokratik mühitin, dövlətçiliyin gücləndirilməsinə birmənalı yanaşmayan daxili və xarici qüvvələr var. Onun sözlərinə görə, bu qüvvələr Azərbaycanda gedən müsbət prosesləri qəbul etmək və görmək istəmirlər.

«Təbii ki, həmin qurumlar müxtəlif təxribatlarla, müxtəlif formada təsirlərlə bu prosesləri ayrı istiqamətə yönəltmək istəyirlər. Azərbaycan xalqı müdrik xalqdır və dövlətçiliyimizə qarşı hər hansı bir təhdidə yol verməyəcək»- deyə, R.Zeyni qeyd edib.

DİGƏR Xəbərlər Arxiv