YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Sumqayıt şəhər təşkilatı tərəfindən qanvermə aksiyası keçirilib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının fəal üzvləri də qoşulub.

Bu məqsədlə YAP Sumqayıt şəhər təşkilatı tərəfindən qanvermə aksiyası keçirilib. Aksiyada şəhər təşkilatının fəal üzvləri, o cümlədən 44 saylı Sumqayıt-Xızı seçki dairəsi üzrə  Milli Məclisin deputatı Müşviq Məmmədli də iştirak edib.