YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycan Respublikasının Milli Atlası” tərtib olunub

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Milli Atlası”nın çapının təmin edilməsi” haqqında 2011-ci il 20 aprel tarixli Sərəncamına əsasən hazırlanmış “Azərbaycan Respublikasının Milli Atlası”nın nüsxələri AMEA-nın prezidenti, akademik Akif Əlizadənin tapşırığı ilə akademiyanın institutlarının kitabxanalarına təqdim olunub.
AMEA-dan bildirilib ki, Milli Atlas əhatəli elmi məlumatları ehtiva etməklə, ölkənin təbii şəraiti, əhalisi, iqtisadiyyatı, ekologiyası, tarixi, mədəniyyəti, elm və təhsili haqqında dolğun təsəvvür yaradır.
Qeyd olunub ki, 19 bölmə, 444 səhifə, minədək xəritə, diaqram, cədvəl, izahedici mətn və digər məlumatlardan ibarət atlasın məzmunu ölkəmizin bütün əsas iqtisadiyyat və sosial-mədəni sahələrini əhatə edir.
Hazırda akademik Qərib Məmmədovun rəhbərliyi ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən atlasın CIS variantı hazırlanır. Milli Atlasın bu elektron formasını ölkəmizdə yaradılacaq Milli Məkan Məlumatları İnfrastrukturunun fundamenti hesab etmək olar.
Atlas Azərbaycanın coğrafi şəraiti, relyefi, bitki örtüyü, heyvanat aləmi, tarixi, mədəniyyəti, təhsili və digər sahələrini əhatə edən unikal xəritələr toplusundan ibarətdir.