YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Qadınlar Şurası Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Dövlətçilik irsi” mövzusunda videokonfrans keçirib (VİDEO)

Mayın 9-da Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Dövlətçilik irsi” mövzusunda videokonfrans keçirib.

Videokonfransda çıxış edən YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizin hərtərəfli inkişafı, xalqımızın mənəvi-mədəni təkamülü, milli-mənəvi dəyərlərinin qorunub gələcək nəsillərə ötürülməsi üçün fədakarlıqla fəaliyyət göstərib. Onun sözlərinə görə, birinci dəfə 1969-cu ildə Azərbaycana rəhbər seçilən Heydər Əliyevin əzmkarlığı, vətənpərvərliyi, təşəbbüskarlığı sayəsində ölkəmiz sürətli inkişaf yoluna çıxıb, iqtisadiyyat, elm, təhsil, mədəniyyət sahələrində əsaslı dönüşə nail olunub: “1993-cü ildə isə Ulu Öndər Heydər Əliyev Azərbaycana yenidən hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyimizi, milli dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas edib, böyük uzaqgörənliklə vətəndaş müharibəsi təhlükəsini aradan qaldırıb. Heydər Əliyevin zəngin həyat və idarəçilik təcrübəsi, uzaqgörənliyi, qətiyyəti sayəsində Azərbaycanda möhkəm daxili ictimai-siyasi sabitlik, qanunçuluq bərpa olunub, yeni neft strategiyası işlənib hazırlanıb və uğurla həyata keçirilib. Böyük düha və zəka sahibi olan Heydər Əliyev Azərbaycanın dünya birliyinə uğurlu inteqrasiyası və beynəlxalq təşkilatların tamhüquqlu üzvü olması üçün geniş fəaliyyət göstərib, bu sahədə də yüksək nəticələr əldə edib. Müstəqil Azərbaycan Respublikası Ulu Öndər Heydər Əliyevin şah əsəridir”.

N.Əliyeva çıxışında Ulu öndərimizin müəllifi olduğu dövlət qadın siyasətinin əhəmiyyətindən də bəhs edib.

Videokonfransda həmçinin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, partiyanın Qadınlar Şurasının sədr müavini Sevinc Fətəliyeva, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hicran Hüseynova, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müavini Fidumə Hüseynova, BDU-nun professor, YAP Siyasi Şurasının üzvü İradə Hüseynova, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı və 132-134 saylıTəhsil Kompleksinin direktoru  Sara Xanlarova çıxış ediblər. Çıxışlarda Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan dövləti və xalqı üçün misilsiz xidmətlərindən danışılıb, Ulu Öndərin Azərbaycan qadınlarına qayğısından bəhs olunub. Bildirilib ki, Ulu Öndərimizin müəyyənləşdirdiyi dövlət qadın siyasəti ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxışlarda xüsusilə, respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin Azərbaycan qadınları üçün örnək olduğu vurğulanıb.

 

 

DİGƏR Partiya xəbərləri Arxiv