YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Prezident İlham Əliyevin göstərişi ilə YAP tərəfindən inşa edilmiş mənzil birinci qrup Qarabağ müharibəsi əlilinə təqdim edilib

Yevlax rayon sakini, birinci qrup Qarabağ müharibəsi əlili Həsənov Tahir  Hüseyn oğlunun Azərbaycan Respublikasının Prezidenti,Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə müraciəti əsasında ona Yevlax şəhərində növbədənkənar 2 otaqlı mənzil inşa edilib. Tahir Həsənovun əlil olması nəzərə alınaraq evinin tikintisi zamanı evinə rahat girib-çıxması üçün pandus quraşdırılıb. Həmçinin Qarabağ müharibəsi əlilinin istəyinə uyğun olaraq Yeni Azərbaycan Partiyası tərəfindən mənzilin otaqları, mətbəxi lazımi mebel avadanlıqları ilə təchiz edilib, dizayna uyğun olaraq pərdələr asılıb, həyətində abadlıq işləri görülüb, meyvə və bəzək ağacları əkilib.

9 May 2020-ci il tarixdə yeni inşa edilmiş mənzil birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova təqdim edilib. 

Göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə dərin təşəkkürünü bildirən  Tahir Həsənov 1971-ci ildə Novosibirski  Ali hərbi siyasi  məktəbini bitirərək, zabit kimi bir neçə xarici dövlətlərdə hərbi xidmət keçmişdir.1984-cü ildə Azərbaycana qayıdıb və Naxçıvanda xidmətini davam etdirib. O, Moskvada Lenin adına Hərbi Siyasi Akademiyasını bitirəndə Ulu Öndər Heydər Əliyevlə görüşmüş və akademiyanı bitirməsi barədə diplomu ona Ümummmilli lider Heydər Əliyev təqdim etmişdir. Ermənistanın Azərbaycana təcavüzü başladığı gündən o, torpaqlarımızın azadlığı uğrunda batalyon komandiri kimi döyüşlərə qoşulmuş, uzun bir döyüş yolu keçərək briqada komandiri vəzifəsinə qədər yüksəlmişdir. Fizuli rayonunda gedən döyüşlər zamanı ağır yaralanan Tahir Həsənov polkovnik-leytenant rütbəsində təqaüdə çıxmışdır.