YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moskvada xalqımızın ümummilli lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü təntənə ilə qeyd edilmişdir

Mayın 7-də Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində xalqımızın ümummilli lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş təntənəli qəbul təşkil edilmişdir.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin səfirliyin binasındakı barelyefinin qarşısına tər çiçək dəstələri düzmüşlər.

Səfir Polad Bülbüloğlu Heydər Əliyev şəxsiyyətinin miqyasından, ulu öndərin yorulmaz fəaliyyəti sayəsində beynəlxalq aləmdə layiqli yer tutan suveren Azərbaycan dövlətinin təşəkkül tapmasında və möhkəmlənməsində Ulu Öndərin rolundan söz açmışdır.

Diplomat demişdir ki, böyük siyasi xadim dağılmaq və vətəndaş müharibəsi təhlükəsi ilə üzləşən Azərbaycanı parçalanmaqdan xilas etmişdir. P.Bülbüloğlu ulu öndərin rəhbərliyi altında işlədiyi dövrləri xatırlayaraq demişdir: ”Bu, mənim üçün böyük şərəf və təkrarsız həyat məktəbi idi. Heydər Əliyev hakimiyyətə qayıdanda ölkə vətəndaş müharibəsi ərəfəsində idi. Lakin Heydər Əliyev öz nüfuzu, ağlı və bacarığı ilə tərəfləri barışdıra, xalqı birləşdirə bildi. Bu gün Ulu Öndərdən tərbiyə və tövsiyələr almış Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edir və çiçəklənir”.

Səfir əlavə etmişdir ki, Azərbaycan Prezidenti Rusiyadan gələn nümayəndə heyətlərinə xüsusi diqqətlə yanaşır. O demişdir: “Mən fəxr edirəm ki, Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq münasibətləri uğurla inkişaf edir və dövrümüzün ən mürəkkəb məsələlərinin həllində qarşılıqlı anlaşma mövcuddur. Ümid edirəm ki, həmişə də belə olacaqdır”.

Təntənəli gecədə səfir Polad Bülbüloğlu Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin üzvü Aleksandr Dzasoxova “Dostluq” ordenini təqdim etmiş və Azərbaycan ilə Rusiya xalqları arasında dostluq əlaqələrinin möhkəmlənməsində xidmətlərinə görə A.Dzasoxovun “Dostluq” ordeni ilə təltif olunması barədə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamını oxumuşdur.

Mərasimdə Rusiyanın tanınmış siyasi və ictimai xadimləri, Moskvada akkreditə olunmuş xarici ölkə səfirliklərinin, Rusiya XİN-in nümayəndələri, müharibə veteranları iştirak etmişlər.