YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: İnsan alverinə qarşı mübarizədə preventiv tədbirlərin sayı artırılmalıdır

“İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun parlamentdə illik məlumatını müsbət qiymətləndirirəm və buna səs vermişəm. Məlumatda bir məqama diqqət çəkmək istəyirəm. Belə ki, hesabatda qeyd olunur ki, dünya statistikasına əsasən, insan alveri qurbanların üçdə biri uşaqlar, dörddə bir hissəsi isə qadınlardır. Cəzaçəkmə müəssisələrindən çıxan istər qadınlar, istər yeniyetmələr, sözsüz ki, daha çox risk qrupuna daxil olurlar. Bu baxımdan hesab edirəm ki, həmin şəxslər üçün, yəni qadınlar və yetkinlik yaşına çatmayan uşaqların məşğulluğunun təmin olunması üçün xüsusi müəssisələrin yaradılması preventiv tədbirlər içərisində yer almalıdır. Çünki bu, preventiv tədbirlər çərçivəsində növbəti mühüm addımlardan biri ola bilər”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, qanunvericilikdə, yəni, hüquqi bazanın təkmilləşdirilməsi sahəsində görülən işlərin nəticəsi olaraq, ötən hesabat ilində bu istiqamətdə çox böyük addımlar atılıb. Konkret olaraq, Miqrasiya Məsəlləsinə, “Gənclər siyasəti haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” qanunlara çox ciddi dəyişikliklər edilib. Bununla yanaşı, Xəzəryanı ölkələrin bu sahədə mübarizə ilə bağlı icra etdiyi bir mexanizmi də yaradılıb. Həmçinin, rentiqrasiya çərçivəsində insan alverinin qurbanlarına vəsait məbləği artırılıb, 400 manatdan 700 manatadək qaldırılıb. Bu istiqamətdə mühüm addımlardan biri də odur ki, “Uşqaların cinsi istismarı və cinsi zorakılığının müdafiəsi haqqında” Avropa Şurasının Konvensiyası ratifikasiya edilib. Bunun özü də çox mühüm addımlar.

“İnsan alverinə qarşı mübarizədə ciddi tədbirlər görülür, ancaq bununla yanaşı, artım da müşahidə olunur. Hesab edirəm ki, bu, ilk növbədə demoqrafik artımla bağlı ola bilər, yəni, əhalinin sayının artımı nəticədə bu məsələyə də öz təsirini göstərmiş olar. İkinci ciddi məsələ o ola bilər ki, əvvəllər müəyyən faktlar gizlənilirdi. Bir çoxları bunu açıq şəkildə, insan alverinin qurbanı olduğunu deyə bilmirdi. Ancaq indi onlar da deyir, gizlətmir. Ona görə rəqəmlər, statistika da artır. Digər tərəfdən, beynəlxalq miqrasiya məsələsinin də təsiri mümkündür. Çünki bu, qlobal bir problemdir və heç bir qapalı olmayan cəmiyyət bundan sığortalanmayıb. Ancaq bununla belə, preventiv tədbirlərin sayı artırılmalıdır və qabaqlayıcı tədbirlərə daha çox üstünlük verməliyik. Səbəblər aradan qaldırılmalıdır və bu səbəblərin aradan qaldırılması çərçivəsində, sözsüz ki, bayaq qeyd etiyim tədbirlərə də yer vermək lazımdır. Yəni, risk qrupuna daxil olan insanlar əsas nədən irəli gələrək, qurbanlar siyahısına düşürlər. Biz həmin o səbəblərin qarşısını almalıyıq”.

DİGƏR Xəbərlər Arxiv