YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Qadınlar Şurası 28 May – Respublika Günü münasibətilə “Azərbaycan xalqını milli istiqlala gətirən yol” mövzusunda videokonfrans keçirib (VİDEO)

Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası  28 May – Respublika Günü münasibətilə “Azərbaycan xalqını milli istiqlala gətirən yol” mövzusunda vidieokonfrans keçirib.

Videokonfransda çıxış edən YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva  tariximizə nəzər salaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranma şəraitindən, 23 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən söz açıb, Cümhuriyyətin yaradılmasını tarixi hadisə kimi səciyyələndirib.
N.Əliyeva cümhuriyyətin müstəqilliyinin çox qısamüddətli olduğunu qeyd edərək, iki ilə yaxın müddət ərzində böyük işlərin görüldüyünü, müstəqil dövlət quruculuğunda qazandığı nailiyyətləri, mühüm dövlət strukturlarının və atributlarının yaradıldığını diqqətə çatdırıb. O, Cümhuriyyətin qadınlara seçki hüququnun verməsinin də tarixi hadisə olduğunu söyləyib.

Azərbaycanın 1991-ci ildə bərpa etdiyi müstəqilliyinin ilk illərinin çətin keçdiyini, həmin dövrdə hökm sürən anarxiya, xaos, hakimiyyətsizlik və özbaşınalığın ölkəmiz üçün böyük təhlükə olduğunu xatırladan YAP Qadınlar Şurasının sədri, yalnız 1993-cü ildə Ümummilli Liderimiz Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra bütün xoşagəlməz halların qarşısının alındığını, respublikada sabitliyin yarandığını, inkişaf dövrünün başlandığını, dövlətçiliyimizin əsaslarının formalaşdırıldığını və ümumi inkişaf strategiyasının müəyyənləşdirildiyini deyərək, hazırda bu müdrik siyasətin Ulu Öndərin ən layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ölkə həyatının bütün sahələrində uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə  çatdırıb.
Sonra çıxış edən YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Pərvin Kərimzadə  bugünkü müstəqil Azərbaycanın Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu qeyd edərək, müstəqilliyimizin əldə olunmasının heç də asan olmadığını, onun qazanılması və qorunub saxlanılması naminə minlərlə qəhrəman Vətən övladlarının canlarından keçərək müqəddəs şəhidlik zirvəsinə ucaldığını vurğulayıb.

YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü, “Modern ailə və inkişaf ” İctimai Birliyinin sədri Zərifə Quliyeva və Milli Məclisin deputatı Kamilə Əliyeva da videokonfransda çıxış edərək Xalq Cümhuriyyətinin Azərbaycan tarixində rolu və əhəmiyyətindən geniş bəhs ediblər. Qeyd olunub ki, Cümhuriyyətin varisi olan müstəqil Azərbaycan bu gün uğurla inkişaf edir. Çıxış edənlər hazırda dövlətimizin başçısı cənab İlham Əliyevin  rəhbərliyi ilə beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin daha da möhkəmləndirildiyini, regional müstəvidə təsir imkanlarının artırıldığını, ölkə iqtisadiyyatının bütün sahələrdə öz dinamik inkişaf yoluna qədəm qoyduğunu və hazırda bu yolda inamla irəlilədiyini bildiriblər.