YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hondurasın xarici işlər naziri: Biz Azərbaycanı çox gözəl anlayırıq

Azərbaycanın ərazi bütövlüyünə və bu ölkəyə qarşı edilən hər hansı bir təcavüz beynəlxalq miqyasda müzakirə olunmalıdır.

Bu sözləri ölkəmizdə səfərdə olan Honduras Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri xanım Mireya Aquero de Korrales jurnalistlərə müsahibəsində demişdir.

Xanım Mireya Aquero de Korrales qeyd etmişdir ki, cari ilin yanvarında Honduras Milli Konqresi Azərbaycan ərazisinin işğalını və Xocalı soyqırımını tanıyan qərar qəbul etmiş və bu qərar Konqresin prezidenti və katibləri tərəfindən təsdiq edilmişdir. Honduras hökuməti həmin qətnamə vasitəsilə işğalçılığı qəti şəkildə pisləmişdir. İşğalçılıq həm də humanitar problemlər yaradır. Bu da təcavüzə məruz qalan ölkənin qaçqın və məcburi köçkün problemi ilə üzləşməsi ilə müşayiət olunur. Hondurasda da qaçqın və məcburi köçkünlər problemi vardır və biz Azərbaycanı çox gözəl anlayırıq. Biz Azərbaycanın ərazi bütövlüyünün bərpasının beynəlxalq çərçivədə və miqyasda müzakirə olunmasının vacibliyini qəbul edirik.

Biz bu qətnamədə onu irəli sürmüşük ki, Azərbaycanın ərazi bütövlüyü tanınsın və Azərbaycana qarşı edilən hər hansı bir təcavüz beynəlxalq miqyasda müzakirə olunsun. Honduras hökuməti tərəfindən bu qətnamənin qəbul edilməsi Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə və bərpa olunmasına öz töhfəsini verməkdən ibarətdir.