YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Ölkəmizin sürətli inkişafı qürur doğurur və insanları yeni uğurlara ruhlandırır

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ağcabədiyə yeddinci dəfə səfər etdi.Taxıl biçinin başlanması mərasimində iştirak edən,”ASAN Həyat” mərkəzinin, dənli bitki toxumları emalı müəssisəsinin, “Ağcabədi-2” elektrik yarımstansiyasının, Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri  açılışlarında iştirak edən dövlətimizin rəhbəri regionların inkişatı ilə bağlı həyata keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən geniş bəhs edib”. Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, bu səfər də ağcabədililər üçün əlamətdar və unudulmazdır. Çünki bu, insanlara qayğı və diqqətin, ölkənin inkişafına münasibətin, vətəndaşlara xidmətin və hörmətin ifadəsidir.

“Buna görə də, rayonun hər bir sakini Prezidentimizə ürəkdən minnətdardır, insanlar dövlətimizin başçısının ətrafında sıx birləşib, həyata keçirilən siyasəti dəstəkləyir, görülən işləri görür,duyur və qiymətləndirir. Ölkəmizin sürətli inkişafı qürur doğurur və insanları yeni uğurlara ruhlandırır”-deyə, komitə sədri vurğulayıb.