YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Hər bir vətəndaş məmnunluq hissi ilə dərk edir ki, Azərbaycanın inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır

Hər bir Azərbaycan vətəndaşı məmnunluq hissi ilə dərk edir ki, Azərbaycanın son 10 ildə əzəmətli inkişafı birbaşa cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi Əli Əhmədov bu gün partiyanın təşkilatçılığı ilə keçirilən "İnkişafın 10 ili: 2004-2014" adlı konfransda çıxışı zamanı deyib.

Əli Əhmədov qeyd edib ki, Azərbaycanın bu inkişafını 21-ci əsrin ilk 10 ilinin iqtisadi möcüzəsi adlandırmaq olar: "Bu müddət ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb. Dünya tarixində belə qısa müddətdə iqtisadiyyatında 3 dəfə artım müşahidə edilən ölkə olmayıb. Bu illər ərzində Azərbaycan bütünlükdə dəyişib. Azərbaycan möhtəşəm müasirləşmə, inkişaf dövrü yaşayır".

Onun sözlərinə görə, bu, təkcə iqtisadi deyil, həmçinin insanların nəzərində dəyişiklikdir: "Bu gün insanlar sabaha ümidlə baxır, özlərinə daha çox inanırlar".

Əli Əhmədov vurğulayıb ki, bu, eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasında özünü göstərir: "Buna təkcə bir nümunə göstərmək kifayətdir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olması ölkəmizin beynəlxalq aləmdə nüfuzunun göstəricisidir. Azərbaycan, həmçinin ciddi regional əhəmiyyətə malikdir".

YAP-ın Sədr müavini əlavə edib ki, ümummilli lider Heydər Əliyevin siyasəti əsasında son 10 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan yeni bir məmləkətə, yeni bir cəmiyyətə çevrilib.