YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

IDEA-nın Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin ətraf mühitlə bağlı təşəbbüsünə qoşulması barədə müzakirələr aparılmışdır

Mayın 7-də Bakıda keçirilən Qafqaz Biomüxtəlifliyi Sammiti çərçivəsində IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin baş direktoru Juliya Marton-Lefevre ilə görüşmüşdür.

Qonağı salamlayan Leyla Əliyeva bu Sammitin ətraf mühit və vəhşi təbiətin qorunması istiqamətində Azərbaycanda görülən işlərdən biri olduğunu vurğulamışdır. Leyla Əliyeva Heydər Əliyev Fondu və IDEA–nın bu istiqamətdə həyata keçirdiyi mühüm layihələr barədə məlumat vermişdir.

Azərbaycanda olmasından məmnunluğunu ifadə edən Juliya Marton-Lefevre tədbirin mühüm əhəmiyyətə malik olduğunu qeyd etmişdir. O, bildirmişdir ki, Sammit ətraf mühitin qorunması istiqamətində ciddi müzakirələrin aparılması baxımından səmərəli platformadır. Qonaq Bakıda həyata keçirilən böyük layihələrdən məmnunluğunu ifadə etmişdir.

Görüşdə, həmçinin IDEA-nın Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin ətraf mühitlə bağlı təşəbbüsünə qoşulması barədə müzakirələr aparılmışdır.