YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Abbasov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni bir inkişaf dövrünə qədəm qoyub

«Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni bir inkişaf dövrünə qədəm qoyub. 2003-cü ilin dekabrında Cenevrədə keçirilən  İnformasiya Cəmiyyəti məsələləri üzrə Ümumdünya Sammitində Azərbaycan Prezidenti “Qara qızılı insan kapitalına çevirək” tezisini səsləndirdi. Ölkə başçısının rəhbərliyi ilə növbəti illərdə həyata keçirilən inkişaf siyasətində bu çağırış mühüm amilə çevrilib». Bu fikirləri rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "İnkişafın 10 ili: 2004-2014" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Ə.Abbasov bildirib ki, 2003-cü ilin fevralında Ümummilli lider Heydər Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003—2012-ci illər) ”rabitə sahəsində 10 illik inkişafın əsasında dayanaraq, əsas xəritə yolunu təşkil edib. Onun sözlərinə görə, bu xəritə yolunun həyata keçirilməsində Prezident İlham Əliyevin misilsiz rolu var və bu strategiya birbaşa Onun rəhbərliyi altında həyata keçirilib.

”10 ilin makroiqtisadi göstəricilərindən də söz açan rabitə və yüksək texnologiyalar naziri qeyd edib ki, 2004-2014-cü illər ərzində 2008-ci ilə qədər hər il İKT-nin inkişaf potensialı təxminən 30-35 faiz, 2008-2009-cü illərdən sonra isə 15-20 faiz olub. Bu isə İKT sektorunun iqtisadi potensialının təxminən hər 3 ildə 3 dəfə genişlənməsi, eyni zamanda bununla da ümumdünya orta göstəricisinin təxminən 2-2,5 dəfə üstələnməsi deməkdir. Digər göstəriciləri də xatırladan nazirin sözlərinə görə, MDB ölkələri arasında 2008-ci ildə ilk dəfə bütün yaşayış məntəqələrinin telefonlaşdrılması, həmçinin 2010-cu ildə bütün telekommunikasiya sisteminin elektronlaşdırılması inkişafa bariz nümunədir.