YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Koronavirusla mübarizədə ictimaiyyətin dövlətə dəstək verməsi vətəndaşlıq borcumuzdur

“Bu gün yeni növ koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində Azərbaycanda həyata keçirilən operativ və mübarizə xarakterli tədbirlər dövlətin öz vətəndaşlarına verdiyi dəyərin parlaq ifadəsidir. Dövlət tərəfindən görülən bütün tədbirlər şübhəsiz ki, xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Məlum olduğu kimi, iyunun 24-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında iştirak ediblər. Açılış zamanı bir qrup tibb işçisi ilə görüşündə dövlətimizin başçısının çıxışı Azərbaycanda koronovirus pandemiyası ilə mübarizədə dövlətin gördüyü işlər və başlıca hədəf olaraq Azərbaycan vətəndaşının sağlamlığının əsas götürülməsi və bu istiqamətdə dövlətin bütün gücünün, eyni zamanda bütün potensialının səfərbər olunması ilə bağlı məqamlar idi”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Millət vəkilinin sözlərinə görə, cənab Prezident  bir daha bu məsələyə toxundu ki, Azərbaycanda görülən işlər, dövlətin bu istiqamətdə qarşıya qoyduğu məqsədlər yalnız ona ünvanlanıb ki, Azərbaycan vətəndaşları pandemiyadan zərər çəkməsin və minimum insan itkisi ilə çıxa bilsin. S.Fətəliyeva bildirib ki, koronavirus infeksiyası ilə mübarizə tədbirləri Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi nəzarətindədir.

“Pandemiyanın Azərbaycanda təsirləri hiss olunan dövrdən başlayaraq bu istiqamətdə görülən işlərə dövlətin münasibəti dəyişməzdir. Münasibət isə ondan ibarətdir ki, bütün iqtisadi və digər itkilərə baxmayaraq əsas ölkə vətəndaşlarımızın sağlamlığı qorunsun və təmin olunsun. Əlbəttə ki, bu istiqamətdə də ardıcıl və sistemli şəkildə işlər görülür”-deyən S.Fətəliyeva qeyd edib ki, hər bir vətəndaş cənab Prezidentin tövsiyələrinə əməl etməlidir.

“Eyni zamanda, dövlət başçısı çıxışında koronavirusla bağlı ölkədə yaranmış vəziyyətə aydınlıq gətirdi və həkimlərimizin fədakarlığını xüsusi vurğuladı. Cənab Prezident qeyd etdi ki, sərtləşdirilmiş tədbirlərin əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır. Çünki biz bu xəstəliklə yaşamağa məcburuq və artıq kütləvi surətdə yeni davranış qaydaları tətbiq edilməlidir. Dövlətimizin başçısı söylədi ki, yoluxanların sayı artır, beləliklə, təhlükə də artır. Belə olan situasiyada isə hər bir insanımızın, hər bir vətəndaşımızın üzərinə tam bir məsuliyyət düşür və onun reallaşdırılması üçün həmrəylik faktoru ən ümdə amil olaraq qiymətləndirilməlidir. Əlbəttə ki, bizlər bütün tələblərə və şərtlərtə əməl etməliyik, tibbi maskalardan istifadə etməli, sosial məsafəni gözləməliyik. Ən əsası hər bir məsələdə bizlərə nümunə və örnək olan dövlət başçımızdan və birinci xanımdan nümunə götürməlyik. Koronavirusla mübarizədə bizim başlıca şüarımız “Biz birlikdə güclüyük” ifadəsidir. Şübhəsiz ki, biz birikdə, Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə, milli həmrəyliyimizlə koronavirus pandemiyasına qalib gəlmək əzmindəyik. Bunun üçün isə, ilk növbədə məsuliyyətli olmalıyıq. Bu istiqamətdə ictimaiyyət dövlətə güclü dəstək verməlidir. Bu, bizim vətəndaşlıq borcumuzdur”-deyə, S.Fətəliyeva vurğulayıb.