YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ali Baş Komandan: Bütün hərbi hissələrdə ideoloji vəziyyətə xüsusi əhəmiyyət verilməlidir

Bütün hərbi hissələrdə ideoloji vəziyyətə xüsusi əhəmiyyət verilməlidir. Ölkəmizin tarixi - həm qədim tarixi, həm də müasir tarixi ilə əlaqədar hər bir əsgərdə, zabitdə dolğun təəssürat olmalıdır. Çünki mən bunu dəfələrlə demişəm, əfsuslar olsun ki, biz real tariximizi bilməmişik.

Bu fikirləri Prezident İlham Əliyev Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında bildirib.

Dövlətimizin başçısı deyib: “Günah da bizdə deyil, çünki belə oxumuşuq, bizə belə dərs veriblər. Sovet vaxtında tarix dərslərinin çoxu saxta idi. Azərbaycan xalqının düşmənləri qəhrəman kimi qələmə verilirdi. Quldur 26 Bakı komissarı dəstəsi qəhrəman kimi təqdim edilirdi. O dəstənin başında dayanan cinayətkar erməni millətçiləri qəhrəman kimi təqdim olunurdu. Onların adına rayonlar verilirdi, onlara abidələr qoyulurdu. Azərbaycan xalqının cəlladı Şaumyana abidə qoyulmuşdu, onun adı əbədiləşdirilmişdi. Biz bu tarixi görmüşük. Yenə də günah bizdə deyil. Sovet hakimiyyətinin tarixi bu idi. Müstəqilliyi quranlar düşmən kimi qələmə verilirdi. Azərbaycan Xalq Cümhuriyyəti antimilli qurum kimi qələmə verilirdi. Ancaq bizim müstəqilliyimizi əlimizdən alanlar, yerli satqınlar qəhrəman kimi qələmə verilirdi. Küçələrə onların adları verilir, onlara abidələr, monumentlər qoyulurdu. Bəlkə də yaddan çıxıb, Sahil bağında 26 Bakı komissarlarına abidə qoyulmuşdu. Mən fikirləşdim ki, bu, nə məsələdir. Bunlar Azərbaycan xalqının qanını axıdıblar, bizi məhv ediblər. Heç şəhərin mərkəzində belə abidəmi olar? O abidə də və o quldur dəstəsinin üzvlərinin abidələri də söküldü və düz də etmişəm. Bütün dini ayinləri gözləmək şərti ilə onların qəbirləri oradan köçürüldü. Ancaq bu, dözülməz idi ki, şəhərimizin mərkəzində Azərbaycan xalqının düşmənlərinə abidə ucaldılıb.

Ona görə mən deyirəm, bizim gənclər bu tarixi bilməlidirlər, qədim tariximizi bilməlidirlər. Bilməlidirlər ki, bugünkü Ermənistan Azərbaycan torpaqlarında formalaşıb, bugünkü Ermənistan xəritəsində coğrafi toponimlərin əsl adlarını bilməlidirlər. Mən gedirəm, haradasa xəritədə sonra dəyişdirilmiş erməni adlarını görürəm. Bütün yerli icra orqanlarına irad tuturam ki, bilmirsiniz, gedin soruşun. Fikirləşin nə yazırsınız, axı, bunun qədim Azərbaycan adı var. Bu, bizim torpağımızdır. Ona görə, bu sahəyə xüsusi diqqət göstərməliyik. Orduda xidmət edən hər bir gənc tərxis olunandan, mülki həyata qayıdandan sonra öz tarixini olduğu kimi bilməlidir”.